Gəncədə partlayış olub, iki qardaş xəsarət alıb

21.02.2025

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью