Gəncədə partlayışda ölən şəxs GÖRÜN KİM İMİŞ FOTO/VİDEO

17.12.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Gəncədə sursat partlayıb.

News24.az Gencexeber.az-a istinhdala bildirir ki, hadisə Məhsəti qəsəbəsində fərdi yaşayış evində baş verib.

1974-cü il təvəllüdlü Asif Tağıyev atası Məmməd Tağiyevin evində saxladığı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub.

Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, A.Tağıyev mərmini örüş sahəsində qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları və Minatəmizləmə Agentliyinın əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mərhum 44 günlük Qarabağ müharibəsinin şəhidi Eşqin Tağıyevin atasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью