Gəncədə PFL in nümayəndələrini gözləyirlər

30.06.2026

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Kəpəz" 2026/2027 mövsümündə ev oyunlarını doğma azarkeşləri önündə keçirəcək. Sport24.az-ın klubdakı mənbədən əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinə yeni mövsümdə ev oyunlarını Gəncə şəhər stadionunda keçirə biləcəyi barədə məlumat verilib.
Mənbənin bildirdiyinə görə, stadionun istifadəyə hazır olması ilə bağlı son prosedurlar yekunlaşmaq üzrədir. Yaxın günlərdə Peşəkar Futbol Liqasının nümayəndələri arenaya baxış keçirəcəklər. Bundan sonra stadionun rəsmi şəkildə oyunlara tam hazır olduğu təsdiqlənəcəyi gözlənilir.
Beləliklə, hər hansı gözlənilməz problem yaşanmasa, "Kəpəz" 2026/2027 mövsümündə rəqiblərini doğma Gəncə şəhər stadionunda qəbul edəcək.
Qeyd edək ki, "sarı-göylər" ötən mövsüm ev oyunlarını Yevlax şəhər stadionunda keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью