Gəncədə piyada ölümü baş verdi

21.05.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə piyada yol qəzasında ölüb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını orta yaşlı kişini vurub. Piyada - 1961-ci il təvəllüdlü Kəlbəcər rayon sakini İ.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью