Gəncədə piyadanın ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi olub

23.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi prospektlərindən birində qeydə alınıb.

Belə ki, avtomobilin vurduğu piyada 1962-ci il təvəllüdlü Şirməmmədov Ayaz ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью