Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 15-də axşam saatların “Pasyolka” adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, taksi fəaliyyətiylə məşğul olan 10-RY-648 dövlət nömrə nişanlı “Toyota Prius” markalı maşın, 10-XX-905 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub.
Qəzaya səbəb sürücülərin yolayrıcını keçmə qaydasını pozması olub.
Nəticədə bir-birinə çırpılan hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Zərbənin təsirindən işıqfor yararsız hala düşüb.
Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Nərmin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.