Gəncədə prokurorluq əməkdaşları peşə bayramı günündə təltif olunublar

01.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gəncədə 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaranmasının 108-ci ildönümü qeyd edilib.

Tədbir iştirakçıları – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər prokuroru Rauf Gözəlov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Toğrul Əli, Gəncə Şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Gəncə Şəhər Prokurorluğunda keçirilən görüşdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və hüquqi islahatlar siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşların peşəkarlığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Tədbirin sonunda şəhərdə qanunçuluğun və hüquq qaydasının təmin olunmasında yüksək peşəkarlıq göstərən Gəncə Şəhər Prokurorluğunun bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri fərman”ı ilə təltif olunub.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью