Gəncədə qadın avtobusdan yıxılaraq xəsarət aldı

22.07.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə qadın avtobusdan yıxılaraq xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində 20 saylı xətt üzrə işləyən avtobusda qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 1976-cı il təvəllüdlü N.Huseynova avtobusdan düşmək istəyən zaman yıxılıb.

Xəsarət alan qadın yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadın xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью