Gəncədə qadın sürücü piyadanı vurdu

25.09.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, qadın sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü G.Vəliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью