Gəncədə qadını avtomobil vurdu

14.05.2026

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə 38 yaşlı qadını avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, prospektlə hərəktədə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1988-ci il təvəllüdlü R.Salmanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью