Gəncədə qadını Baku Busın avtobusu vurdu

22.01.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə qadın piyadanı sərnişin avtobusu vurub.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan "BakuBus"a  məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdü N.Zeynalovanı vurub. Qadın piyada xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью