Gəncədə qanunsuz tikili söküldü VİDEO

06.11.2024

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə qanunsuz tikilini söküb.

Bakupost.az xəbər verir ki. bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verib.

Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:

"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb".

https://www.youtube.com/watch?v=bNQ-wOZwhbA&t=7s

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью