Gəncədə qanunsuz tikili söküldü VİDEO

06.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Almaz Aşırov küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью