Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə qapısının yaxınlığında qeydə alınıb.
Belə ki, Daşkəsən rayon sakini 1993-cü il təvəllüdlü E.Əsgərov qarnın kəsici-deşici yarası ilə xəstəxanaya yerləşdirilib.
O, dərhal əməliyyat edilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirlər nəticəsində hadisənin törətməkdə şübhəli bilinən 35 yaşlı İ.Əliyev saxlanılıb.
Məlumata görə, hadisənin törətməkdə şübhəli bilinən şəxs əvvəlcə 33 yaşlı E.Əsgərovu daha sonra isə bacısı 1987-ci il təvəllüdlü S.Abbasovanı bıçaqlayıb.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.