Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 25-BB-797 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşın, “Chevrolet” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “VAZ” sürücüsünün manevr qaydasını pozması olub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin