Gəncədə qaz balonu partladı 2 qardaş...

21.02.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью