Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Gəncədə quyu qazılan zaman qaz turbası partlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində bir neçə fəhlə xəsarət alıb.
1984-cü il təvəllüdlü Anar Zamanov, 1989-cı il təvəllüdlü Mahir Bağırov və digər xəsarət alanlar özəl və dövlət tibb müəssisələrinə yerləşdirilib.
İlkin məlumata görə, partlayış fəhlələr kanalizasiya quyusunda təmir apararkən baş verib.