Gəncədə qəza, 6 nəfər xəsarət aldı

10.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinaədn xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobillə digər avtomobil toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-cu il təvəllüdlü A. Hüseynova, 2018-ci il təvəllüdlü A. Əsədullayeva, 2020-ci il təvəllüdlü C. Əsədullayeva, 2024-cü il təvəllüdlü A. Əsədullayeva və 1996-cı il təvəllüdlü E. Hümbətov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью