Gəncədə qəza baş verib

13.10.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Chevrolet”-ə arxadan çırpılıb.

Zərbənin təsirindən “Chevrolet” yol kənarındakı ağaca dəyib.

Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən “Chevrolet” Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью