Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə şəhərində baş verən avtoqəz. ada xəsarət alan şəxsin vəziyyəti məlum olub.
KONKRET.az-ın xəbərinə görə, Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1991-cı il təvəllüdlü şəxs (kişi) noyabrın 19-da saat 17:40-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Göz qapağı və göz nahiyəsinin əzilməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, zərərçəkən İ.Əliyev Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur.