Gəncədə qohumlar arasında insident: iki nəfər bıçaqlanıb

21.11.2024

Icma.az bildirir, Mia.az portalına istinadən.

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb.

Məlumata görə, xəsarət alan 1969-cu il təvəllüdlü E.Hüseynov və həyat yoldaşı, 1968-ci il təvəllüdlü U.Hüseynova xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlərin yaxınları hadisəni törətməkdə onların qohumlarının şübhəli olduğunu bildirib(Report).

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью