Gəncədə qonşuların davası QANLA BİTDİ İki nəfər xəstəxanalıq OLDU

27.08.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə qonşular arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
 

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri 1982-ci il təvəllüdlü Etibar Məmmədovun daxilə keçməyən və 1984-cü il təvəllüdlü Ziya Cəfərovun daxilə keçən kəsici-deşici alətlə xəsarət almaları barədə məlumat daxil olub.


İlkin araşdırmalar zamanı onların qonşuluq münaqişəsi zamanı bir-birilərinə xəsarət yetirmələri məlum olub. Hər iki bıçaq xəsarəti alan xəstəxanaya yerləşdirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью