Icma.az, Qol.az saytına istinadən bildirir.
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçına azarkeş marağı böyükdür.
QOl.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oyuna biletlərin ilk satış günündə rekord göstərici qeydə alınıb.
Stadionun kassalarında və iticket.az saytında 1 sutka ərzində 8400 bilet satılıb. Bu, 15363 tamaşaçı tutumuna malik stadionda yerlərin təxminən 55 faizi deməkdir.
Xatırladaq ki, cari mövsüm "Kəpəz"in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də "Şamaxı" ilə görüşdə olub. Həmin matçı stadiondan 15000 tamaşaçı izləyib.
Əlavə edək ki, noybrın 22-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qarabağ" matçı saat 17:00-da başlayacaq.