Gəncədə “Range Rover” sərnişin avtobusu ilə toqquşdu KONKRET

15.06.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə-Bakı avtomobil yolunda sərnişin daşıyan avtobusla avtomobil toqquşub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Sərnişin daşıyan “Hyundai” markalı avtobus “Range Rover” markalı maşına arxadan çırpılıb.

İlkin məlumata görə, 1989 cu il təvəllüdlü Əli Süleymanov, 2 yaşlı Ə. Süleymanov, və 7 yaşlı M. Süleymanova və 1996 cı il təvəllüdlü Ruhanə Məmmədova xəsarət alıb.

Yaralılar bir ailənin üzvləridir. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью