Gəncədə rekord qırılacaq

20.11.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kəpəz” – “Qarabağ” oyunu üçün satışa çıxarılan bütün biletlər tükənib.

Futbolpress.az xəbər verir ki, noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək qarşılaşmaya biletlər tam satılıb.

Bununla da 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunda cari mövsümün tamaşaçı sayına görə rekordunun qeydə alınacağı gözlənilir. Artıq nə onlayn platformada, nə də stadionun kassalarında bilet əldə etmək mümkündür. Bu səbəbdən qarşıdakı günlərdə kassalar fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, görüş noyabrın 22-də saat 17:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью