Gəncədə Respublika Elmi konfransı keçiriləcək

10.06.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

11-12 iyun 2025-ci il tarixlərində Gəncə şəhərində Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda Akademik Siddiqə Məmmədovanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Bitki Mühafizəsi: müasir çağırışlar, problemlər və həlli yolları” mövzusunda Respublika Elmi konfransı keçiriləcəkdir.

Konfransda bitki mühafizəsi sahəsindəki aktual problemlər, müasir texnologiyalar, pestisidlərin düzgün tətbiqi, bioloji mübarizə üsulları və davamlı kənd təsərrüfatı praktikaları müzakirə ediləcəkdir.

Konfransın əsas istiqamətləri:

Kənd təsərrüfatı bitkilərinin zərərvericilərinin idarə edilməsi

Kənd təsərrüfatı bitkilərinin xəstəlikləri, onların idarə edilməsi

Alaq otları, onlarla mübarizənin əsas prinsipləri
Bitki immuniteti və davamlılıq

Xəstəlik və zərərvericilərin inkişaf proqnozu bitki mühafizəsində əsas amillərdir.

Orqanik əkinçilik müasir dövrün çağırışıdır.

Zərərverən orqanizmlərə qarşı müxtəlif mübarizə üsullarının tətbiqi

Ətraf mühit və bitki mühafizəsi

Ekoloji təmiz məhsul, müasir dövrün çağırışıdır.

İntroduksiya olunmuş pambıq sortlarının adaptasiya qabiliyyəti və yerli pambıq sortlarının toxumçuluğunun bərpası

Texniki bitkilərin becərmə texnologiyasının iqlim amillərindən asılılığı və məhsuldarlığa təsiri

Zərərli orqanizmlərin molekulyar biologiya səviyyəsində tədqiqi.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью