Gəncədə şadlıq sarayında nöqsanlar aşkarlanıb

30.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, Nizami küçəsi, 190 ünvanında Ələkbərov Elvin Elçin oğluna məxsus “Ulduzlu gecə” şadlıq sarayında planlı yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şəbəsindən AZƏRTAC-a verilən məlumata görə, şadlıq sarayında qida təhlükəsizliyi tələblərinin pozulduğu, mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.

Faktla bağlı məhdudlaşdırıcı qərar tətbiq edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью