Icma.az bildirir, Olke.az portalına istinadən.
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.
Ölkə.Az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.
8 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Huseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir.
Məlumata görə hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır.
Faktla bağlı araşdırma aparılır.