Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Gəncədə yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı maşınla “İsuzu” markalı sərnişin avtobusu toqquşub.
Qəza zamanı 2 nəfər – “Mercedes”in sürücüsü və sərnişinlərdən biri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.