Gəncədə sərnişin avtobusu qəzaya düşüb: Xəsarət alanlar var

12.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı maşınla "Isuzu" markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı iki nəfər - "Mercedes"in sürücüsü və sərnişinlərdən biri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью