Icma.az bildirir, Baku.ws portalına istinadən.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Benz" markalı maşınla "Isuzu" markalı sərnişin avtobusu toqquşub.
Qəza zamanı iki nəfər - "Mercedes"in sürücüsü və sərnişinlərdən biri xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.