Gəncədə sərxoş kişi xəstəxanada öldü

28.11.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə sərxoş kişi xəstəxanada ölüb.

"UnikaI"ın məlumatına görə, hadisə  Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanada baş verib. Bu gün axşam saatlarında  sərxoş halda orta yaşlı kişi təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Həmin şəxsə göstərilən yardımlara baxmayaraq  o xəstəxanada dünyasını dəyişib.

İlkin məlumata görə, ölən şəxs içki aludəçisi olub, o  kimsəsiz olub. Onun küçələrdə qalığı müəyən edilib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir .Ölüm hadisəsi ilə  bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью