Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var

11.01.2025

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə sexdə yanğın baş verib, xəsarət alan var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Mirzə Şəfi Vazeh küçəsi, 61 ünvanında yerləşən sexlərin birində qeydə alınıb.

Yanğin zamanı xəsarət alanın olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları və canlı qüvvəsi cəlb olunub.

Alovun söndürülməsi istiqamətində iş aparılır.

Yanğının səbəbləri araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью