Gəncədə sexdə yanğın oldu

12.12.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə avtomobil sexində yanğın olub.

"Unikal"ın  məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmir sexində qeydə alınıb. Belə ki, həmin ərazidə avtomobillərin oturacaqlarının üzlənməsi sexində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, digər sexlər mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью