Gəncədə sexdə yanğın oldu

12.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Gəncədə avtomobil sexində yanğın olub.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmir sexində qeydə alınıb. Belə ki, həmin ərazidə avtomobillərin oturacaqlarının üzlənməsi sexində anidən yanğın olub. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, digər sexlər mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

(unikal)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью