Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb

28.03.2025

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncədə sirkə turşusu içən gənc qız Bakıda xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, 2004-cü il təvəllüdlü N. Məmmədova Gəncə şəhərində yaşadığı evdə martın 26-da sirkə turşu içib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.Həkimlərin səyinə baxmayaraq, N.Məmmədova bu gecə sözügedən xəstəxananın Toksikologiya şöbəsində vəfat edib.N.Məmmədova 2021-ci ildə atasının ölümündən sonra psixoloji sarsıntı keçirib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью