Gəncədə su üstündə DAVA: Qonşular bir birini xəstəxanalıq etdi

17.06.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə qonşular arasında su üstündə mübahisə sonda xəsarətlə yekunlaşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
 

Eyni qəsəbədə qonşu olan 1990-cı il təvəllüdlü Elvin Alıyev və 1981-ci il təvəllüdlü Azər Ələsgərov arasında mübahisə düşüb. Nəticədə mübahisə tərəflər arasında əlbəyaxa davaya çevrilib.


Hadisə zamanı hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, mübahisə istixananın suvarılması ilə bağlı olub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью