Gəncədə sursat partladı Şəhid atası vəfat etdi

17.12.2024

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə partlayış baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsi adlanan ərazisində qeydə alınıb.

İlkin məlumata görə, sursatın partlaması nəticəsində 1974-cü il təvəllüdlü Asif Tağıyev həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Həlak olan Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.

Yunis Quliyev



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью