Gəncədə sursat partlayıb Ölən var Xəbər saytı Son xəbərlər və Hadisələr

17.12.2024

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə bədbəxt hadisə baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyevin yaşadığı evdə "OF 843" markalı minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub. Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью