Gəncədə sürücülər üçün təhlükəli vəziyyət: Yol çökdü

11.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Gəncədə avtomobil yollarından biri çöküb.

"Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində qeydə alınıb.

Belə ki, küçənin bir hissəsi tamamilə çöküb.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.

Ərazidə hadisənin baş verməsi ilə bağlı xəbərdaredici nişanlar quraşdırılmayıb.

Gəncədə sürücülər üçün təhlükəli vəziyyət: Yol çökdü

Gəncədə sürücülər üçün təhlükəli vəziyyət: Yol çökdü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью