Gəncədə taksi sürücüsü bıçaqlandı | Icma.az
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Gəncə sakini şəxsi münasibətlər zəminində bıçaqlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Xaraba yeri” adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Həsənov Cəlal Şakir oğlu bıçaqlanıb. Onun taksi sürücüsü olduğu bildirilir.
İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb pulun ödənilməsi söhbəti olub.
Adıçəkilən şəxs üç bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.
Yunis Quliyev Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu