Gəncədə taksi sürücüsü bıçaqlandı | Icma.az
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Gəncə sakini şəxsi münasibətlər zəminində bıçaqlanıb.
Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, hadisə şəhərin “Xaraba yeri” adlanan ərazisində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Həsənov Cəlal Şakir oğlu bıçaqlanıb. Onun taksi sürücüsü olduğu bildirilir.
İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb pulun ödənilməsi söhbəti olub.
Adıçəkilən şəxs üç bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.
Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu