Gəncədə taksi sürücüsü bıçaqlandı

04.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

Modern.az xəbər verir ki, şəhər ərazisində 1991-ci il təvəllüdlü C.Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, 3 bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Zərərçəkənin taksi sürücüsü olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью