Gəncədə taksi sürücüsü bıçaqlanıb

04.12.2024

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Məlumata görə, şəhər ərazisində 1991-ci il təvəllüdlü C.Həsənov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, 3 bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Zərərçəkənin taksi sürücüsü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır(Report).

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью