Gəncədə tanınmış güləşçilərin imza günləri

03.02.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yeniyetmələr və gənclərdə bu idman növünə marağı artırmaq məqsədilə tanınmış, titullu güləşçilərin imza günlərini təşkil edilir. Yarış boyunca davam edəcək bu tədbirin ilk qonağı olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov olub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti imzaladığı şəkilləri azyaşlı güləşçilərə və azarkeşlərə paylayıb, həmçinin onlarla öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, imza günləri çərçivəsində Rafiq Hüseynov (4 fevral), Namiq Abdullayev (6 fevral), Hacı Əliyev (7 fevral), Mariya Stadnik (8 fevral) və Rəsul Çunayev (9 fevral) də tədbirin iştirakçısı olacaq.

Qabil YUSİFOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью