Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürüb AZƏRTAC

26.11.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə, 26 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyadanı vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью