Icma.az bildirir, Baku.ws portalına istinadən.
Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin İsmət Qayıbov küçəsində "Mersedes-Benz" markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən orta yaşlı piyadanı vurub.
Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ölən şəxs Gəncə şəhər sakini 1966-ci il təvəllüdlü Ə.Verdiyevdir.
Qeyd edək ki, piyadanı vuran avtomobil Daşkəsən rayon mərkəzi xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım avtomobili olub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya