Gəncədə tələbənin ölüm səbəbi YENİLƏNİB

24.02.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə tələbə yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Modern.az-ın məlumatına görə, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

19:05

Azərbaycan Texnologiya Universitetinin tələbəsi vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesablarında paylaşım edilib.

Bildirilib ki, universitetin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Əliyev Elcan Elçin oğlu dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью