Gəncədə təmir işləri gedən küçədə maşın AŞDI

21.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Gəncədə sürücü qarşısına çıxan qum maneəsi səbəbindən avtomobilini aşırıb.

Oxu.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin "Poçt" adlanan ərazisində qeydə alınıb.

Anar Əhmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilini aşırıb. Sürücünün sözlərinə görə, hadisəyə səbəb qarşısına çıxan qum maneəsi olub.

Qeyd edək ki, Gəncənin sözügedən yaşayış massivində su və kanalizasiya, həmçinin işıq xətləri çəkilir.

Faktla bağlı araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью