Gəncədə tərbiyəçimüəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib AZƏRTAC

14.01.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə, 14 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (RTİ) tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə-Daşkəsən RTİ-nin inzibati binasında keçirilən müsahibəyə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, ən yüksək bal toplamış namizədlər dəvət olunublar.

Müsahibə mərhələsində namizədlərin peşə keyfiyyətləri (məktəbəqədər təhsillə bağlı qanunvericilik, məşğələnin təşkili metodikası, nağıl və şeir söyləmə bacarığı və ümumi dünyagörüşü) və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılıb. Müsahibəyə vakant yer üzrə 7 namizəd dəvət edilib.

Müsahibənin nəticələri ilə bağlı namizədlərin əlaqə nömrəsinə SMS göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью